May ayının 25-də Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Daxili İşlər Nazirliyinin rəhbərlik etdiyi “Risklərin təhlili” işçi qrupunun 2026-cı il üçün Fəaliyyət Planı üzrə onlayn formatda sonuncu iclası keçirilib.
“Risklərin təhlili” işçi qrupunun rəhbəri, daxili işlər nazirinin müavini İsmət Əliyevin sədrliyi ilə keçirilən iclasda İşçi Qrupun 2026-cı il üçün Fəaliyyət Planının 1-ci bəndinə əsasən, ekoloji risklərin - insan fəaliyyəti nəticəsində havaya və torpağa zərərli maddələrin daxil olması səbəbindən insan həyatına təsir və itkilər, maliyyə itkiləri və ekosistemlərin zədələnməsi, habelə məişət və sənaye fəaliyyəti, eləcə də neft sızmaları və radioaktiv çirklənmə kimi ekoloji qəzalarla bağlı məsələlər müzakirə olunub, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisinin fikirləri səsləndirilib.